Dilimizdəki ləqəblərin izahlı lüğəti çap olundu - Yenilik

dilimizdeki-leqeblerin-izahli-lugeti-cap-olundu
Oxunma sayı: 2136

AMEA Nəsimi adına Dilçilik İnstitutu Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi professor Qara Məşədiyevin “Azərbaycan dilində ayamaların izahlı lüğəti” adlı kitabı çap olunub.

“Qafqazinfo” xəbər verir ki, İnstitutdan Trend-ə verilən məlumata görə, kitabda müasir ədəbi dilimizdə işlənməyən, dialekt və şivələrdə isə tamamilə başqa məna ifadə edən sözlər öz əksini tapıb.

Bu cür lüğətlər Azərbaycan dilinin dərin qatlarından xəbər tutmağa imkan yaradır. Belə əsərlər xalqın etnik mənsubiyyətini araşdırmaq, onun dilinin təşəkkülündə iştirak edən türk tayfalarının rolunu öyrənmək baxımından faydalıdır. Kitabda hər bir ayama - ləqəb haqqında qısa məlumat verilib.

Məqsəd hər bir fərdlərə verilən ayamaların (ləqəblərin) semantikasını açmaq, onların struktur tiplərini göstərməklə geniş izahlı lüğətini tərtib etməkdir.

Lüğətdən dilçilər, etnoqraflar, dil-ədəbiyyat müəllimləri, ali məktəblərin filologiya fakültəsinin bakalavr və magistrləri faydalana bilərlər.

Kitabın redaktorları professorlar N.Məmmədli, İ.Kazımov, rəyçilər dosentlər İ.Salahova və T.İsmayılovadır.