Dilmanc onlayn lüğətlər sistemində yenilik

dilmanc-onlayn-lugetler-sisteminde-yenilik-
Oxunma sayı: 673

“Qafqazinfo”nun verdiyi xəbərə görə yeni lüğətlərdə əvvəlkilərdə olduğu kimi, yalnız sözlərin kökləri deyil, bütün söz formaları üzrə axtarış aparmaq olar. Yeni lüğətlərdə hətta istənilən söz birləşməsini və ya bütöv cümləni sözbəsöz tərcümə etmək imkanı da verilib. Eyni zamanda lüğətlərin söz bazaları da yenilənib.

Qeyd edək ki, Dilmanc onlayn lüğətlər sisteminin ilk versiyası bu ilin əvvəlində istifadəyə verilib. Əvvəllər burada tərcümə yalnız ingilis-Azərbaycan istiqamətlərində aparılırdı. Hazırda lüğətlərin təkmilləşdirilməsi və yeni tərcümə imkanlarının yaradılması üzrə işlər davam etdirilir. http://dict.dilmanc.az ünvanı vasitəsilə lüğətdən istifadə etmək olar.