Dilqəm Əhmədovun ailəsindən reportaj – - Video

dilqem-ehmedovun-ailesinden-reportaj-
Oxunma sayı: 4492



“Qafqazinfo”  Türkel TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə Əhmədovun videosunu görən ailə üzvləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət ediblər. Ermənilərsə beynəlxalq təşkilatlara yanlış informasiya verirlər ki, saxlanılan şəxs güya kəşfiyyatçıdır. Girovun  qonşuları və yaşadığı Çinarlı kəndinin sakinləri isə bunun  düşmən tərəfinin növbəti təxribatı olduğunu dedi. Sakinləri Dilqəmin kənddə yaşadığını və hərdən meşədə işləmək üçün Rusiyaya getdiyini söylədilər.

Kənd sakini Toğrul Məmmədov: "Həmişəki kimi Rusiyaya getdiyini zənn edirdik. Sosial şəbəkələrdə, yəni internet deyilən şeydən əsir götürdüyünü görəndən belə anlaşılmaz qalmışıq. İndi də mən inana bilmərəm ki, o kəşfiyyatçı olsun, yaxud da kiminsə göstərişi ilə nəsə eləsin. Belə şeylər onun xarakterinə uyğun olan şeylər deyil."
 
Dilqəm Əhmədov ermənilərin Kəlbəcəri işğalından sonra məcburi köçkün kimi Şəmkirin Çinarlı kəndində məskunlaşıb. Burada onun qohumları, ailəsi, evi və çoxlu tanışları var. 7 mindən çox əhalisi olan Çinarlı kəndinin sakinləri demək olar ki, balacadan böyüyə hamısı onu tanıyır. Bu da onun kəndli, elində, obasında və gizli həyat tərzi olmayan bir sakin olduğunu bir daha sübut edir. Ermənilərin kəşfiyyatçı, təxribatçı damğasını vurduğu bu adam əslində 1 yaşlı uşağın həsrətlə yolunu gözlədiyi bir babadır.