DİM imtahanın nəticələrini açıqladı

dim-imtahanin-neticelerini-aciqladi
Oxunma sayı: 1723

Dövlət qulluğuna qəbul üzrə müsabiqənin 30 iyun 2018-ci il tarixdə keçirilmiş test imtahanı mərhələsində iştirak üçün qeydiyyatdan keçmiş namizədlərin ixtisasları üzrə statistik məlumatlar açıqlanıb.

DİM-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, imtahanda iştirak edənlərdən inzibati icraçı vəzifələr (B növü) üzrə 30 iyun 2018-ci il tarixdə keçirilmiş dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak üçün qeydiyyatdan keçmiş 1228 namizəddən 489 nəfər (39.8%) uğur əldə edib. 

İmtahanda iştirak üçün qeydiyyatdan keçənlər üzrə ali təhsil ixtisasları iqtisadiyyat və idarəetmə ixtisaslar qrupuna aid namizədlər çoxluq (440 nəfər - 35.8%) təşkil edir. Ən çox uğur qazananlar da bu ixtisaslar qrupunun payına düşür – 174 nəfər (14.2%).

Ali təhsil ixtisasları mədəniyyət və incəsənət ixtisaslar qrupuna aid imtahanda iştirak edənlərin sayının (15 nəfər) faiz göstəricisi imtahanda iştirak üçün qeydiyyatdan keçənlərin ümumi sayına (1228 nəfər) nisbətdə təxminən 1.2% təşkil edir ki, bu da iştirakçı sayına görə ən aşağı göstəricidir.