DİM-in sınaq imtahanları niyə baş tutmadı?

dim-in-sinaq-imtahanlari-niye-bas-tutmadi
Oxunma sayı: 1998

Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün bu gün səhər saat 9-00-da nəzərdə tutduğu sınaq imtahanı baş tutmayıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov facebookda yazıb. O qeyd edib ki, DİM məlumat verib ki, server yükləndiyindən istifadəçilər sistemə daxil ola bilməyiblər: “Bu qədər də qeyri-peşəkarlıq olmaz axı. 2 milyon manat pul qazanıblar 10 gün ərzində, serverlərinə bax. Adi kursların saytındakı sınaq imtahanları bunlardan peşəkar səviyyədə hazırlanıb. Gör hələ qəbul imtahanlarında nə şou-proqramlar olacaq”.