Dima Bilan əməliyyatdan imtina edib, sınıq ayaqla konsert verdi

dima-bilan-emeliyyatdan-imtina-edib-siniq-ayaqla-konsert-verdi
Oxunma sayı: 1337

Tanınmış rusiyalı müğənni Dima Bilan ayaq sümüyünün ikiqat sınığına baxmayaraq, konsert verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müğənni İnstagram hesabında məlumat verib.

Qastrol səfərindən geri dönən zaman qatardan çəkilən videosunu paylaşan Bilan hadisənin necə baş verməsindən danışıb. 

İfaçı bildirib ki, fevralın 18-də evdən küçəyə çıxarkən buz üstündə sürüşərək ayağını sındırıb. O, şounu başqa tarixə keçirməmək üçün əməliyyat olunmaqdan imtina edib.

“Bu gün biz möhtəşəm konserti başa vurduq. Lakin bunun nəyin bahasına gəldiyini təkcə mənim sevimli kollektivim, yaxınlarım və komandam bilir” deyə müğənni qeyd edib.