DİN Arif Əsgərovun qardaşı ilə bağlı hadisəni araşdırır

din-arif-esgerovun-qardasi-ile-bagli-hadiseni-arasdirir
Oxunma sayı: 1853


Bu barədə “Qafqazinfo”ya DİN-nin mətbuat xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Ehsan Zahidov məlumat verib. O bildirib ki, hazırda həmin hadisə ilə bağlı yayılan informasiyalara görə, araşdırma bitdikdən sonra mətbuata məlumat veriləcək.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun qardaşının qəza nəticəsində bir nəfəri güllələməsi ilə bağlı məlumat musavat.com-da yayımlanıb. Məlumatda qeyd olunur ki, iyulun 31-də Tovuzun dövlət dəmiryol stansiyasının rəisi Əli Əsgərov ərazidə sahibsiz itləri güllələmək üçün çağrılan vətəndaşın əlindən tüfəngi alaraq atəş açıb. Bu zaman güllə küçənin əks tərəfində olan market sahibinin oğluna dəyib və yaralanıb. İnformasiyada Ə. Əsgərovun polis tərəfindən saxlanılmadığı da vurğulanıb. 

Gülnar