DİN atanın azyaşlı oğlunu öldürməsi ilə bağlı - Məlumat yaydı

din-atanin-azyasli-oglunu-oldurmesi-ile-bagli
Oxunma sayı: 639

Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda atanın azyaşlı oğlunu qətlə yetirməsi hadisəsi ilə bağlı məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, məlumatda bildirilib ki, rayonun Ulacalı kəndində yaşayan əvvəllər məhkum olunmuş Röyal Məmmədov evində arvadı Günel Məmmədova ilə aralarında baş verən münaqişə zəminində 7 yaşlı oğlu Röyaminin başına çəkiclə xəsarət yetirib və nəticədə uşaq hadisə yerində ölüb.

R.Məmmədov Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Araşdırmalar davam etdirilir.