Din, azadlıq və İŞİD

din-azadliq-ve-isid
Oxunma sayı: 2347


Bu günlərdə sosial şəbəkədə “İnsanlar azad doğulur” şüarlı karikatura gördüm. Məntiqi anlamağa çalışıb, düşündüm ki, yalnış məntiqdir. Hətta məntiqsizlikdir. İnsan tabelikdə doğulur. Anaya. Bu fizioloji olaraq sübut olunmuş bir şeydir deməkdən o tərəfə, hər gün müşahidə etdiyimiz haldır. Deyərdim ki, bu Tanrının ədaletsizliyidir. Bəzən ateistlərə haqq qazandıran məntiqi əsasdır. Yəni bir şeyi yaradan varsa, “abort”un mümkün olma ehtimalı belə olmamalı idi. Hətta intihar, güllə, bıçaq, yəni şiddət nəticəsində ölüm də olmamalı idi. Yaratdığın qullara bir-birini öldürə bilmək bacarığı niyə vermisən ki, onların ayağına günah deyə yazılsın, günaha batsın? Axı yaradanın dini və günahları onun zəifliyini ortaya qoyur. Çünki islamda deyilən hər şeyə qadir olan Allah niyə günahı yaradır? Niyə öz yaratdığını özü sınayır? Deməli, hər şeyə qadir olan mükəmməli yarada bilməyib? Niyə qulu ona səcdə etmək məcburiyyətindədir? Bəlkə səcdə etməklə din onun həyatını xoşbəxt etmir? Niyə çətin yaşanılan, anaya, ataya, qonşuya, dosta, ərə, övlada yaxşı övlad, valideyn, arvad, insan olmağa çalışmaqla, zatən bizə problemlərlə bol həyat verdiyi halda hələ bir ona olan sevgimizi də sınamaq istəyir? Hətta ən sadiq qulu Məhəmmədi də sınadı. Niyə? Onsuz da görürdü axı o yaxşı quldur. Malını əlindən alır, Məhəmməd şükür edir. Bədəninə üfunət yaralar salır, Məhəmməd şükr edir, axırda yeddi oğlunu namaz vaxtı öldürür, görür ki, Məhəmməd yenə şükr edir, deyir həəə, Məhəmməd yaxşı, sadiq quldur. Yarartdığından xəbərdar, hətta ürəyimizdən keçənləri bilən Tanrı Məhəmmədə bu zülmü etmədən onun sadiq qul olduğunu görə bilmirdi? Niyə şeytana Məhəmmədin sadiqliyini sübut edir? Ümumiyyətlə şeytanı məhv etməyib, saxlamaqda məqsədi nədir? “Tırka”ya gedib yaxşı qullara zülm etmək? Bu eqoist və tanrıcadan çox uşaqcasına davranış deyilmi? Bilirsiniz bu nəyə bənzəyir? Ərgən

qızların sevgilərini münasibətləri problemsiz, hər şeyin qaydasında getdiyi halda sevgilisini sınamaq yollarına bənzəyir. Məsələn, əvvəllər başqa qıza zəng etdirməklə sınayırdılarsa, indi isə texnikanın inkişafından faydalanaraq sosial şəbəkələrdə saxta profil açıb sınayırlar. İkrah hissi doğurur və səviyyəsizcə gəlir, elə deyilmi? Bəli, primitiv misaldır. Hələ bir düşünün, Tanrı öz yaratdığını əgər hər şeyi yaradandırsa, niyə mükəmməl yaratmadı? Yəni bu onsuz da yaxşıdı da, mərdi qova –qova niyə namərd edirsən? Yaxşını niyə pis vəziyyətə sala-sala pis insan, sitəmkar edirsən? Mən çox fikir vermişəm, ateistlərin çoxu əvvəli qatı dindar olan insanlar olur. Və bir yerdə bezirlər. Deyirlər ki, sənə bu qədər inandım, səcdə etdim, sevgimi bildirdim və həyatıma mənfidən başqa bir müsbət təsirin olmadı. Artıq onun var olmadığına inanmağa başlayır. Sanki ondan küsürlər. Və qayıdaq yazının əvvəlindəki məntiqə. İnsan azad doğulmur, hətta heyvanlar da. Doğulmaq özü də tabeçilikdir (Valideynlərə). Yaranmaq azaddır. Heçdən var olmaq, yabanı bitkilər kimi. Heyvanlar insanlara nisbətən azaddırlar. Məsələn, pişik iki ayına kimi balasına süd verir. O iki aydan sonra ana-bala insdinkti bitir. Öz balasını iki aydan sonra yaxınına buraxmır. Yəni insan azad doğulmur, azadlığı qazana bilər. Zamanla sən valideynlərindən ayrıla da bilərsən, ömür sürdükcə onlardan aslı da qala bilərsən, yaşından aslı olmayaraq. Bu sənin əzminə baxır. Eynən siyasətdə də belədir. Hər şey xalqın əzmindən, mübarizliyindən və azadlığa can atmaq çabasından aslıdır. İndi də İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatı meydana çıxıb . Ümumiyyətlə hansı ölkədə ki, din var sanki o ölkə lənətlənir. Məsələn, İŞİD-in göbəyi İraq. Lütfən əsl İslam bunu demir, bu deyil kimi cümlələlər qurmayın. O əsl islam hardadırsa mənə onu göstərin. Hərhansı sadə vətəndaş digər birini öldürür günah, cəhənnəmlik olur, o terroristlər baş kəsir, futbol topu kimi oynadır, neçə min insanı qətl edir cihad adıyla din yolunda cənnəti boylayırlar? Əgər din islamı qəbul etmiş insanları cənnətlik hesab edirsə, bəs bu xristian, buddist və s. dini inanclı ölkələrdə doğulanların günahı nədir?

Məgər onların Allahı yoxdurmu? Yaradan tək Allahdırsa, o Allah da islamı qəbul edənləri cənnətlik edəcəksə, bəs digərlərinin günahı nədir? Tanrı onları niyə yaratdı? Hamısını topluca cəhənnəmə göndərmək üçün? Cənnəti terroristlərlə doludur, cəhənnəmi boş qalmasın deyə? Din uçurumdan başqa bir şey deyil. Qaldı ki, mənə, düşünürsünüz ki, mən də ateistəm. Bilirəm ki, şərhlərdə dindarlar məni baltalayacaqlar da. Amma mənim Allahım var. Dinim yoxdur. Bir yaradanın var olduğuna inanıram. Ancaq mənim Allahımın nə dini, nə kitabı, nə günah anlayışı, nə də cənnət-cəhənnəmi yoxdur. O məni səhv və doğrularımla olduğum kimi sevir. Yalnışlarımla sevib, qəbul edir. Yalnışlarımdan nəticə çıxarmağı və düzgün həyat seçməyi öz ixtiyarıma buraxır. Hansısa dinə, kitaba yox. Çünki mənim Allahım öz vicdanımdır. Oşo fəlsəfəsi və məntiqi ilə həmfikir olduğum filosoflardan biri olduğuna görə yazılarımda ondan çox sitatlar gətirirəm. O deyir ki, “Siyasət və din tülkü xislətli ağlılda insanların, yəni güclülərin gücsüzləri idarə etməkləri üçün yaratdıqları qavramdır.” Harada din, siyasət varsa, orada məhdudiyyət var. Sonda hamınıza insanların əli çatmadığı dağda bitən yabanı bitki qədər azad olmağı arzulayıram.