DİN bayramda da qəbulu davam etdirəcək

din-bayramda-da-qebulu-davam-etdirecek
Oxunma sayı: 1236

Daxili İşlər Nazirliyinin müvafiq qurumları qeyri-iş günlərində vətəndaş qəbulunu davam etdirəcək.

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar martın 19-dan 27-dək olan müddətdə qeyri-iş günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu həyata keçiriləcək.