DİN də partlayışla bağlı açıqlama yaydı

DİN də partlayışla bağlı açıqlama yaydı
Oxunma sayı: 1066

Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda yanacaqdoldurma məntəqəsinin partlaması barədə açıqlama yayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, oktyabrın 30-da saat 19 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisindəki “Maye qaz” yanacaq doldurma məntəqəsinin çəninə Şirvan şəhər sakini Gülhüseyn Nəsirov “ZİL-130” markalı avtomobilindən maye qaz boşaldarkən partlayış baş verib. 

Nəticədə avtomobilin yanar konstruksiyaları yanıb, habelə məntəqənin yardımçı otağı və yaxınlıqdakı çardaq dağılıb, G.Nəsirov, N.Cəfərov və onun qardaşı Həsən müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. 
Nahid Cəfərov orada ölüb, digərlərinin vəziyyətləri qənaətbəxşdir.  Araşdırma aparılır. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi