DİN-dən 4 nəfəri bıçaqlayan şəxslə bağlı - - Məlumat

din-den-4-neferi-bicaqlayan-sexsle-bagli-
Oxunma sayı: 1054


“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, sentyabrın 2-də Goranboy rayonu Veyisli kəndinin ərazisindən kənd sakinləri Səxavət Nağıyev, onun oğlu İxtiyar, qardaşları Mürvət və Şükür bıçaq xəsarətləri ilə xəstəxanaya gətiriliblər. S.Nağıyev orada ölüb. 

Faktla əlaqədar cinayət işi başlanıb. 

DİN-in Növbətçi Hissələri İdarəetmə Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi və Goranboy RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədib “Opel Vectra” markalı avtomaşında hadisə yerindən qaçmış Abşeron rayon sakinləri Natiq Yaqubov, Rafiq Mədətov, Bakı şəhər sakinləri Mahrud Qocayeva və Neymət Dadaşov və onun qardaşı Nicat BDYPİ-nin postunda saxlanılıb.