DİN-dən Azərbaycanın kriminal ölkələrin siyahısına düşməsinə - - Reaksiya

din-den-azerbaycanin-kriminal-olkelerin-siyahisina-dusmesine-
Oxunma sayı: 1508


Bunu SalamNews-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti rəhbərinin müavini Ehsan Zahidov “Avropalı ekspertlərin apardığı araşdırmalar nəticəsində Azərbaycanda törədilən qətl hadisələri və hər 100 min adama düşən məhbus sayına görə Avropanın üçüncü ölkəsi olması” məsələsinə münasibət bildirərkən deyib: "Təssüflər olsun ki, bəlkə də, avropalı ekspertlər Azərbaycanın inkişafı və ölkəmizin dönməz sabitliyini gözü götürməyən bir qrup insanın ötürdüyü yalnış informasiya əsasında bu hesabatı hazırlayıblar. Normal ekspertlər gözəl bilirlər ki, Azərbaycan istər MDB məkanında, istərsə də Qərbi Avropa dövlətləri arasında əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına görə axırıncı yerdə duran dövlətlərdən biridir. Azərbaycanda müvafiq sahə üzrə göstərici digər ölkələrlə müqayisədə xeyli aşağıdır. MDB və Avropa dövlətləri də də bundan xəbərdardırlar. Əgər belə bir fakt təsdiq olunubsa, ekspertlər bunu nəyə əsasən veriblər? Buradan belə çıxır ki, avropalı ekspertlər bu hesabatı Azərbaycanda sabitliyi gözü götürməyən ünsürlərin yanlış informasiyası əsasında hazırlayıblar.