DİN-dən azyaşlı uşağı zorlamaq istəyənlə bağlı - Açıqlama

din-den-azyasli-usagi-zorlamaq-isteyenle-bagli
Oxunma sayı: 1002

Daxili İşlər Nazirliyindən Bakıda azyaşlı oğlanı zorlamağa cəhd edən manyakın saxlanılması haqda açıqlama verilib.

Daxili İşlər nazirliyinin Mətbuat Xidmətinin İnformasiya bölməsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə iyulun 21-də axşam saatlarında Xətai rayonunda baş verib.

Rayonların birindən Bakıya işləməyə gələn şəxs 2009-cu il təvəllüdlü oğlana qarşı seksual xarakterli hərəkətlər edib.Hadisəni törədən şəxs Əlahiddə Çevik Polis Alayının və Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir. Hadisənin törədən şəxsin kimliyi istintaq sirri sayıldığı üçün açıqlanmır.

Murad Əhməd