DİN-dən Goranboyda avtobusun aşması ilə bağlı açıqlama

DİN-dən Goranboyda avtobusun aşması ilə bağlı açıqlama
Oxunma sayı: 920

Daxili İşlər Nazirliyi dünən içində sərnişinlər olan avtobusun aşması ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, oktyabrın 27-də saat 17 radələrində Goranboy rayonunun Nadirkənd kəndi ərazisində Sarovlu kənd sakini Sabir Mahmudov idarə etdiyi “İsuzu” markalı avtobusu aşırıb.

Nəticədə S.Mahmudovun sərnişinlərindən 14 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan 11-nə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digər 3 nəfərin müalicəsi davam edir.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi