DİN-dən internatda döyülən uşaqla bağlı daha bir - - Açıqlama+Yenilənib

din-den-internatda-doyulen-usaqla-bagli-daha-bir-
Oxunma sayı: 4120


Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində 7 yaşlı uşağın xəsarət alması ilə bağlı yayılan məlumatı Nahid Cavadov özü təsdiqləyib.

Dünən sosial şəbəkələrdə yayımlanan kadrlarda II sinif şagirdi məktəbin direktoru Afaq müəllimə tərəfindən döyüldüyünü deyib.

“Qafqazinfo” yenidən Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə ilə əlaqə saxlayıb. O. Mansurzadə internatda baş verən hadisə ilə bağlı bölmədə araşdırma getdiyini deyib: “Həmin açıqlama ilkin araşdırmanın nəticəsi idi. Biz Təhsil Nazirliyi ilə birgə belə bir açıqlama yaymışdıq.  Amma təhqiqat davam edir. Təhqiqatın nəticəsində hadisənin necə baş verdiyi aydınlaşacaq”.

Qeyd edək ki, həmin hadisədən sonra DİN və Təhsil Nazirliyin yaydığı açıqlamada həmin şagirdin yıxılaraq zədə alması qeyd olunmuşdu.

***

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə daha sonra "Qafqazinfo" ilə əlaqə saxlayaraq hadisə ilə bağlı yeni məlumatlar verib:

"Saytlarda xəbər yayılandan sonra DİN, Təhsil Nazirliyi və  rayon polis şöbəsinin  əməkdaşları internat məktəbində araşdırma aparıb.  Hazırda da təhqiqat davam edir.  Nahid Cavadovun özü, valideynləri, internat rəhbərliyi, tərbiyəçi, hadisə şahidləri ilə ətraflı söhbət aparılıb. Uşaq özü də ilkin ifadəsində yıxılmasını təsdiqləyib. Həmin xəsarət nəticəsində göz altında yaranan qaraltılar döyülmənin əlaməti ola bilməz.  Bu üzüstə yıxılmanın əlamətidir. Təhsil və DİN-nin Mətbuat Xidməti tərəfindən də bu məlumatlar təsdiqləndi. 

 Bundan sonra isə dünən internetə videogörüntülər yerləşdirilib.  Həmin görüntünü lentə alan şəxsin səsindən də bəlli olur ki, kimsə uşağın ifadəsinin  dəyişdirməsi üçün cəhd edir və ondan ad çəkməsini tələb edir.  Bunu da görüntünü diqqətlə izləyəndə müşahidə etmək mümkündür. Bu da onu göstərir ki, məsələ ən azı şübhə altındadır.  Hadisəylə bağlı bütün materiallar toplanaraq qiymət verilməsi üçün Rayon Prokurorluğuna göndərilib.

Dünəndən sosial şəbəkələrdə geniş müzakirələrə və etiraza səbəb olan 7 yaşlı Nahidin görüntülərini bir daha təqdim edirik:



Günel Türksoy