“13 yaşlı Tahirə Ələkbərov adlı qızın ölməsi ilə nəticələnən yol qəzası hadisəsini törədən Əbil Zeynalov həbs edildikdən sonra buraxılmasına dair yayılan məlumatların əsası yoxdur. Hazırda faktla bağlı Səbayıl Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi qaldırılıb.”
Bu barədə FaktXeber.com-un sorğusuna DİN mətbuat xidmətindən iyunun 9-da saat 23.30 radələrində “Mercedes Gelandwagen” markalı avtomobilin Azadlıq meydanında 13 yaşlı qızı vurub öldürülməsi ilə nəticələnən yol qəzası hadisəsinə aydınlıq gətirilərkən məlumat verilib. DİN-dən onu da bildirdilər ki, hazırda faktla bağlı zəruri istintaq hərəkətləri həyata keçirilir: “İstintaq hərəkətləri çərçivəsində sürücü Əbil Zeynalovun ifadəsi alınmışdır. Əbil Zeynalovun cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi avto-texniki ekspertizanın rəyindən sonra bəlli olacaq.”