DİN-dən yəhudi icma rəhbərinə hücumla bağlı- - Məlumat

din-den-yehudi-icma-rehberine-hucumla-bagli-
Oxunma sayı: 904


“Qafqazinfo” ya daxil olan məlumatda bildirilir ki, 2014-cü il dekabrın 6-da saat 6 radələrində üzlərinə maska taxmış 3 naməlum şəxs qanunsuz yolla Quba rayonunun Qırmızı Sloboda qəsəbəsində yaşayan Dağ Yəhudiləri İcmasının rəhbəri Boris Simanduyevin  evinə daxil olaraq onu  və bacısı Lizanı soyuq silahla hədələyib müxtəlif dərəcəli bədən xəsarətlər yetirib, mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları götürərək hadisə yerini tərk ediblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.3.2-ci  (quldurluq)  maddəsi ilə cinayət işi başlanıb. 

Cinayətin “isti izlər”lə açılmasını təmin etmək məqsədilə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hadisəni törədənlər - Eldar Avadyayev, Xalid Seyidov, Türkanə Rəhimova, Turac Vəliyev və  Əfqan İbrahimov polis əməkdaşları tərəfindən tutulublar.  

Evdən aparılmış pul və qızıl-zinət əşyaları maddi sübut kimi götürülərək istintaq təhvil verilib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.