DİN-dən yol polisinin qəza törətməsi ilə bağlı - - Açıqlama

din-den-yol-polisinin-qeza-toretmesi-ile-bagli-
Oxunma sayı: 1757


Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu gün bir sıra KİV-də ötən gün axşam saatlarında Heydər Əliyev prospektində yol polis əməkdaşlarının qəza törətməsi ilə bağlı xəbər yayılıb. Guya DYP avtomobili Əmircan qəsəbəsi ərazisində olan körpünün üzərində yol hərəkəti qaydalarını pozaraq, "Opel" markalı avtomobillə toqquşub. Əslində isə "Opel" markalı avtomobilin sürücüsü sükan arxasında sərxoş vəziyyətdə olub və ondan qabaqda gedən DYP avtomobilini arxadan vurub.