DİN-in əməkdaşı özünü hamamda asdı

din-in-emekdasi-ozunu-hamamda-asdi
Oxunma sayı: 2181


AzNews.az-a daxil olan məlumata görə, intihar edən şəxs Daxili İşlər Nazirliyinin əməkdaşı Asif Qasımovdur. Rayon polis idarəsinin 4-cü bölməsindən intihar hadisəsinin baş verdiyi təsdiqlənsə də, təfərrüatlar barədə hələlik məlumat verilməyib.

Binəqədi rayon prokurorluğundan AzNews.az-a bildirilib ki, A.Qasımov özünü evin hamamından asaraq intihar edib. Mərhumun intihar etməsinin səbəbləri isə hələlik məlum deyil. Hazırda hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

AzNews.az-ın əldə etdiyi başqa bir məlumata görə isə A.Qasımov DİN-nin Təchizat İdarəsinin anbarlarının birinin müdiri olub. Ancaq DİN-in mətbuat xidmətindən bu barədə onlarda heç bir məlumatın olmadığı vurğulanıb.

Mövzunu diqqətdə saxlayacağıq.