DİN-in sabiq polkovniki 2 azərbaycanlını qətlə yetirib

din-in-sabiq-polkovniki-2-azerbaycanlini-qetle-yetirib
Oxunma sayı: 2755

Rusiyada DİN-in sabiq polkovniki iki azərbaycanlını qətlə yetirməkdə ittiham edilir.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, seriyalı qatil Aleksey Jdanov hələ ötən il yolu bölüşə bilmədiyi üçün Moskvanın mərkəzində 38 yaşlı “İnfiniti”nin sürücüsü olan Azərbaycan vətəndaşını təqib edərək “Makarov” tipli tapança ilə onu qətlə yetirmişdi. Daha sonra özünə məxsus “Jiquli” avtomobilini yandırmışdı. Lakin Jdanovu polis sutka ərzində yaxalaya bilmişdi.

İstintaqın gedişi zamanı onun daha bir azərbaycanlının qətlində əli olduğu məlum olub. Qətlə yetirilən kişi meyiti ötən ilin sentyabrın 8-də meşədən tapılıb. Ölən azərbaycanlı “Reno Loqan”la şəxsi daşıma həyata keçirməklə məşğul olub. 

Hazırda birinci qətlin baş vermə şəraiti və motivləri araşdırılır.