DİN intihar edən polislə bağlı məlumat yaydı

din-intihar-eden-polisle-bagli-melumat-yaydi
Oxunma sayı: 2090


“Qafqazinfo”nun  nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, iyulun 13-də  Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsinin ərazisindəki qəbiristanlıqda Nərimanov RMİ-nin əməkdaşı, polis serjantı Əli Novruzov xidmət zamanı tabel silahından atəş açaraq özünü öldürüb. 

Hadisə yerindən 1 ədəd xidməti “Makarov” markalı tapança, 2 ədəd daraq, 15 ədəd patron və 1 ədəd giliz götürülüb. 

Qeyd edək ki, dünən faktla bağlı mərhumun qonşuları “Qafqazinfo”ya məlumat vermişdilər. Hadisənin ailə-məişət münaqişəsi zəminində baş verdiyi ehtimal olunur. Belə ki, hadisə baş verən gün anasının məzarını ziyarət edən polis əməkdaşı orada qaynatası və həyat yoldaşı ilə mübahisə ediblər. Bundan sonra, polis evinə qayıdıb və gecə saatlarında canına qəsd edib.