DİN iş başında ölən həkimlə bağlı məlumat yaydı

din-is-basinda-olen-hekimle-bagli-melumat-yaydi
Oxunma sayı: 2267


Daxili İşlər Nazirliyi Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) Təcili Yardım Şöbəsinin həkiminin iş başında qəfildən ölməsi faktı ilə bağlı məlumat yayıb. 

"Qafqazinfo" xəbər verir ki, iyunun 30-da Şəki rayon mərkəzi xəstəxanasından daxil olmuş məlumatda şəhər sakini Ələsgər Teymurovun həkim işlədiyi təcili tibbi yardım stansiyasının həyətində ölməsi və baş nahiyəsində xəsarət alması bildirilib. 

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Teymurovun həmin gün yaşadığı evin qarşısında qonşusu Şahin Mirzəyevlə mübahisə etməsi və bu zaman Ş.Mirzəyevin onun baş nahiyəsinə küt alətlə xəsarət yetirməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə Ş.Mirzəyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.