DİN İsmayıllıdakı qəzayla bağlı məlumat yaydı

din-ismayillidaki-qezayla-bagli-melumat-yaydi
Oxunma sayı: 2202

Daxili İşlər Nazirliyi (DİN) İsmayıllı rayonunda 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələn yol qəzası barədə məlumat yayıb.

“Qafqazinfo”nun nazirliyə istinadən məlumatına görə, hadisə İsmayıllı rayonunun Eyyubbəyli kəndi ərazisində baş verib.

İyunun 14-də saat 22 radələrində rayonun Eyyubbəyli kəndi ərazisində Göyçay rayon sakini Çingiz Eminov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun hərəkət hissəsində olan 2 baş inəyi vurub və yolun kənarındakı maneəyə dəyərək aşıb.

Nəticədə sürücü və sərnişinlərindən həmyerlisi Bəyim Abışova və Bakı şəhər sakini Sona Məmmədi hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.