DİN məhkəmənin sorğusuna cavab vermədi

DİN məhkəmənin sorğusuna cavab vermədi
Oxunma sayı: 1056

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə Daxili İşlər Nazirliyinə göndərilən sorğuya cavab verilmədiyi bildirilib. Belə ki, məhkəmə ötən iclasda ifadə verən, "ZaminBank"ın Müşahidə Şurasının sədri Nadir İsmayılov barəsində aparılan araşdırmanın nəticəsi haqda məlumat verilməsi haqda nazirliyə sorğu göndərib. Araşdırma isə E.Məmmədov və R.Heybətovun N.İsmayılovun köməkliyi ilə Türkiyəyə pul köçürməsi ilə bağlı olub.

R.Heybətovun barəsindəki cinayət işindən N.İsmayılov haqda arşdırma xüsusi icraata götürülüb. 

Proses aprelin 20-də davam etdiriləcək.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı,  sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi