DİN Nərimanovdakı davaya aydınlıq gətirdi

din-nerimanovdaki-davaya-aydinliq-getirdi
Oxunma sayı: 646

Daxili İşlər Nazirliyi ötən axşam Nərimanov metrostansiyasının yaxınlığında polislərlə bir qrup vətəndaş arasında baş vermiş qrşıdurmaya aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, son vaxtlar Bakı şəhərində baş verən yol-nəqliyyat hadisələrinin yarıdan çoxu məhz piyadaların vurulması ilə bağlı olur. Bunun qarşısının alınması üçün isə Daxili İşlər Nazirliyi və onun struktur qurumları önləyici tədbirlər görür: “Bununla bağlı yol polisi aprel ayının 1-dən başlyaraq təhlükəsizlik aylığı keçirdi. Bu tədbirlərin həyata keçirilməsində məqsəd yol hərəkəti qaydalarının pozulması hallarına qarşı təbliğat və inzibati tədbirlərin gücləndirilməsi və inzibati tənbeh tədbirlərinin həyata keçirilməsidir. Bu işə təkcə yol polisi deyil, nazirin müvafiq əmri ilə digər polisin digər xidmət sahələrinin əməkdaşları da cəlb olunublar. Ümumilikdə isə aylığın elan olunub-olunmamasından asılı olmayaraq, bütün vaxtlrda piyadalarla bağlı proflaktik və inzibati tənbeh tədbirləri görülür. Dünən isə Nərimanov metrostansiyasının yaxınlığında yeraltı keçiddən keçməyən, öz həyatını təhlükə qarşısına qoyan, nəqliyyatın sıx, hərəkətin gur olduğu ərazilərdə vətəndaşların piyadalar üçün nəzərdə tutulmyan yerlərdən keçmələrinə qarşı tədbrlər həyata keçirilib. Amma orada bəzi şəxslər aqressivlik nümyiş etdirib, ictimai yerdə hay-küy salaraq diqqəti özlərinə cəlb etməyə çalışıblar. Yolun qadağan olunmuş hissəsindən keçən Eminov Ülvi və Qocayev Seymur adlı vətəndaşlar polisin onların barəsində qanuni tədbir görmələrinə çox aqressiv reaksiya veriblər. Məlumtlar yayılıb ki, guya orada əsgər də olub, o döyülüb, bunlar yalandır. Orada əsgər döyülməyib. Həmin adıçəkilən şəxslər polisin qanuni tələblərinə tabe olmayıb, hətta barələrində tərtib olunmuş protokolu cırıblar. Polisin qanuni tələbinə qəsdən hörmətsizlik göstəriblər. Polis əməkdaşları isə təmkinli davranıb onları idarəyə gətirib, inzibati protokol tərtib olunub və aidiyyəti üzrə məhkəməyə göndərilib. Onlar İnzibati Xətalar Məcəllsinin bir neçə maddəsini kobud surətdə pozublar.

Baş vermiş hadisə əvvəldən sona qədər kameralarda qeydə alınıb. Orada heç bir döyülmə, kütləvi dava olmayıb. İddia olunur ki, guya əməliyyata rəhbərlik edən polis mayoru içkili olub, vətəndaşlara qarşı kobudluq edib, 20-yə yaxın şəxs idarəyə gətirilib, bunlar hamısı həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlardır”.

O. Mansurzadə onu da bildirib ki, Nərimanov rayonunun ərazisi piyadaların ən çox yol hərəkəti qaydalarını pozduğu ərazilərdən biridir: “Gün ərzində orta hesabla 120-130 qayda pozuntusu haqda inzibati protokol tərtib olunur”.