DİN Nurlanın maşınından oğurluq edənlərin adlarını açıqladı

din-nurlanin-masinindan-ogurluq-edenlerin-adlarini-aciqladi
Oxunma sayı: 3370

Daxili İşlər Nazirliyi əməkdar artist Nuran Növrəslinin maşının qarət olunması barədə məlumat yayıb. “Qafqazinfo” xəbər verir ki,  Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı, Sumqayıt və Gəncə şəhərlərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Əvvəllər məhkum olunan - Rizvan Quliyev və T.Mustafazadənin ətrafında aparılan tədbirlərlə onların rayon ərazisində daha 1 avtomobildən pul və sənəd, həmçinin oktyabrın 20-də Nərimanov rayonunun C.Hacıbəyli küçəsində Bakı şəhər sakini Nurlan Növrəslinin “Renault” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə mobil telefon və bankomat kartını oğurladıqları da müəyyən edilib.