DİN qarda yıxılaraq ölən şəxslə bağlı açıqlama yaydı

din-qarda-yixilaraq-olen-sexsle-bagli-aciqlama-yaydi
Oxunma sayı: 1386


"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, fevralın 2-də Binəqədi rayonu H.Babaşov küçəsində Bakı şəhər sakini Ağamehdi Mehdizadənin ayağı sürüşdüyündən yıxılıb və başından aldığı xəsarətdən hadisə yerində ölüb.

Qeyd edək ki, hadisə şahidlərinin məlumatına görə, Ağamehdi 3 gün əvvəl əsgərlikdən gəlib və yaxın ərazidə yerləşən şadlıq evlərinin birinə işə düzəlməyə gedirmiş.