DİN rəisinin avtomobili yenə qəza törətdi

din-reisinin-avtomobili-yene-qeza-toretdi
Oxunma sayı: 882

Daxili İşlər Nazirliyinin (DİN) yüksək vəzifəli əməkdaşının xidməti avtomobili qəzaya düşüb.

“Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, hadisə Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

Məlumata görə, DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polis polkovniki Əbdül Zərgərlinin “Hundai” markalı xidməti avtomobili “Mercedes” markalı maşınla toqquşub.

Hadisə nəticəsində Ə.Zərgərlinin sürücüsü xəsarət alaraq DİN-in hospitalına yerləşdirilib.

Hadisə zamanı Ə.Zərgərlinin avtomobildə olub-olmadığı bilinmir.

Faktla bağlı araşdırma aparılır.

***

“Qafqazinfo” xatırladır ki, Əbdül Zərgərli 2015-ci ildə də analoji hal yaşayıb. 

Belə ki, rəis Hundai markalı 10 AA 021 nömrəli xidməti avtomobillə piyada 1993-cü il təvəllüdlü, ikinci qrup əlil Rasim Əliyevi vurub.

R.Əliyev yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib