DİN Tovuzdakı qətllə bağlı məlumat yaydı

din-tovuzdaki-qetlle-bagli-melumat-yaydi
Oxunma sayı: 633

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Martın 18-də Tovuz şəhərindəki "Nəsimi" ticarət mərkəzinin valyutadəyişmə məntəqəsində işləmiş Sahib Cəfərov idarə etdiyi "KİA" markalı avtomaşını dayanacqda saxlayıb, iş yerinə gedərkən maska taxmış naməlum şəxs odlu silahdan (ov tüfəngindən) atəş açaraq ona sağ bud nahiyəsindən xəsarət yetirib.

S.Cəfərov qanaxmadan hadisə yerində ölüb. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri RPŞ tərəfindən aparılır.