Din xadimi öldürüldü

din-xadimi-olduruldu
Oxunma sayı: 647

"Siracuddin Xurikskiy" kimi tanınan Siracuddin İsrafilov Tabasaran rayonunun Xurik kəndində öz evinin önündə güllələnib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücum edənlərin 2 nəfər olduğu və əraziyə meşə massivindən gəldikləri ehtimal edilir.

57 yaşlı şeyx Siracuddin Dağıstanın ən mötəbər din xadimlərindən biri idi. Onun şagirdlərinin sayının 8000-ə çatdığı bildirilir.

Ekspertlər hesab edirlər ki, Siracuddin İsrafilovun öldürülməsi "yeni müharibənin başlanğıcı" ola bilər. Onların fikrincə, sui-qəsdin arxasında "bizim liderlərimizi öldürənlərin liderlərini biz öldürürük" prinsipi ilə hərəkət edən silahlı qruplaşmalar dayana bilər. Bəzi ekspertlər isə şeyxin öldürülməsini Şimali Qafqazda vəziyyəti gərginləşdirmək cəhdi kimi qiymətləndirirlər.

RİA Novosti