Din xadimini 200 maşınlıq karvan qarşıladı

din-xadimini-200-masinliq-karvan-qarsiladi
Oxunma sayı: 646

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, İngiltərədən İsrailin paytaxtı Təl-Əvivə gələn və “Ben Qurion” hava limanında İsrail polisi tərəfindən saxlanılan “Qüds keşikçisi” Raid Salah təxminən yarım saat davam edən sorğu-sualdan sonra sərbəst buraxılıb.

Xarici KİV Salahın aprel ayının sonunadək Qüds şəhərinə yaxınlaşmaması şərti ilə sərbəst buraxıldığını yazıb. Hava limanında 200 avtomobildən ibarət maşın karvanı tərəfindən qarşılanan Raid Salah yaşadığı Ümm əl-Fəhm şəhərinə gəlib.

Özünü qarşılamağa gələnlər qarşısında çıxış edən Şeyx Salah İsrailin ittihamlarının əsassız olduğunun sübuta yetirildiyini və sərbəst buraxılmasını dəstəkləyən hər kəsə təşəkkür etdiyini deyib.

Xatırladaq ki, ötən il “Ərəb baharı” mövzusunda keçirilən tədbirlərdə iştirak etmək üçün İngiltərəyə gedən Salah yəhudi əleyhdarlığında ittiham edilərək həbs olunmuşdu.