Dindarlar “Gay Parad”a hücum etdilər – Video

dindarlar-gay-parada-hucum-etdiler-video
Oxunma sayı: 641

Bu gün Tbilisidə seksual azlıqların keçirməyi planlaşdırdıqları aksiya qarşıdurma ilə nəticələnib. “Qafqazinfo”nun gürcü KİV-nə istinadən verdiyi xəbərə görə, seksual azlıqlara dəstək nümayiş etdirmək üçün əvvəldən planlaşdırılan aksiyaya ölkənin din xadimləri etiraz ediblər.
Qarşıdurmanı yatırmaq üçün polis gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb, aksiya iştirakçıları isə avtobuslara doldurularaq oradan uzaqlaşdırılıblar.

Situasiyanın nəzarətdən çıxmasına isə din xadimlərinin polis kardonlarını yararaq seksual azlıqları dəstəkləyənlərin üzərinə hücuma keçməsi səbəb olub.