Dindarlar Nardaranı şəhərin mərkəzinə dəyişdilər - Foto

dindarlar-nardarani-seherin-merkezine-deyisdiler-foto
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, qəsəbəyə bütün girişlər və mərkəzi meydan nəzarət altına alınıb. Eyni vaxtda isə Bakının mərkəzində, Nizami metrosunun yaxınlığında həbs olunan ilahiyyatçı Hacı Talehin həbsinə etiraz olaraq aksiya keçirilib. Əllərində plakatlar tutan etirazçılar “Hicaba azadlıq”, “Talehə azadlıq” şüarları səsləndiriblər.

Xatırladaq ki, Daxili Işlər Nazirliyi rəsmi məlumat yayaraq bildirmişdi ki, Sabunçu Rayon Polis Idarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisindəki “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Bakı şəhər sakini Tale Bağırzadədən isə 1,026 qram heroin götürülüb.

Ilahiyyatçı haqqında Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi başlanıb