Dini ayin zamanı ağlayan uşağa sillə vurdu - Video

dini-ayin-zamani-aglayan-usaga-sille-vurdu
Oxunma sayı: 2196

Sosial mediada bir rahibin vəftiz edilmək üçün kilsəyə aparılan uşağa sillə vurması hər kəsi təəccübləndirib.

“Qafqazinfo” “ensonhaber.com”a istinadən xəbər verir ki, görüntülərin Fransada lentə alındığı bildirilir.

Ağlayan uşağı heç cür sakitləşdirə bilməyən rahibin səbri tükəndiyindən ona sillə vurub. Daha sonra üzünü sıxıb.

Ailə üzvləri bir anda rahibin hərəkətindən təəccübləniblər və daha sonra uşağı onun əlindən almağa çalışıblar.

Həmin görüntüləri təqdim edirik: