Dini icma sədrinin Əmlak Komitəsi ilə məhkəmə çəkişməsi

dini-icma-sedrinin-emlak-komitesi-ile-mehkeme-cekismesi
Oxunma sayı: 867


Femida.az-ın məlumatına görə, icma sədri idarə qarşısında bağ sahəsinin nömrəsindəki uyğunsuzluğun aradan qaldırılması və plan-sxemin verilməsi barədə iddia qaldırıb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Bakı Apellyasiya Məhkəməsi müvafiq məhkəmə aktını qüvvədə saxlayıb. Qərarla razılaşmayan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsi Ali Məhkəməyə müraciət edib. İşə Ali Məhkəmədə baxılacaq.