Dini kitabın ölkəyə gətirilməsinin qarşısı alındı

dini-kitabin-olkeye-getirilmesinin-qarsisi-alindi
Oxunma sayı: 651

Azərbaycan gömrükçülərinin həyata keçirdikləri tədbirlər nəticəsində iki qaçaqmalçılıq faktının qarşısı alınıb. ANS PRESS-in Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan istiqamətindən “Yalama” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan 55 saylı “Bakı-Moskva” qatarının 14-cü vaqonuna keçirilmiş gömrük baxışı zamanı həmin vaqonun bələdçisi, Rusiya vətəndaşı Andreyev Yuriy Viktoroviç tərəfindən gömrük bəyannaməsində göstərilməyən, XIX əsrin 2-ci yarısında köhnə Rus əlifbası ilə çap olunmuş dini məzmunlu, tarixi əhəmiyyət kəsb edən 1 ədəd “Müqəddəs Yevangeliya” kitabı aşkar olunub.