Dini Komitə Avropa Məhkəməsinə verilib

dini-komite-avropa-mehkemesine-verilib
Oxunma sayı: 633

İcmadan APA-ya verilən məlumata görə, icmanın Dövlət Komitəsinə qarşı qaldırdığı iddialar dini ədəbiyyatın məhdudiyyətsiz idxalına icazə verilməməsi, dini ədəbiyyata senzura tətbiq edilməsi və s.-lə bağlıdır.

Müraciət artıq AİHM-də qəbul olunub və təsdiqlənib. İddialar icma tərəfindən ayrı-ayrılıqda qaldırılıb. Bunlar arasında son olaraq Azərbaycan Ali Məhkəməsində kassasiya şikayətləri təmin olunmayan icma üzvləri Akçurina Gülsira Qayazovna və Məmmədəliyeva Kamila Şövkətovnanın iddiaları da var.

Qeyd edək ki, bundan əvvəl 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi icmanın iddiasını təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi isə qərarı qüvvədə saxlayıb. Bir müddət əvvəl iddiaya baxan Ali Məhkəmə də qərarı qüvvədə saxlayaraq, şikayəti təmin etməyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.