Dini Komitə İlqar İbrahimoğluyla bağlı açıqlama yaydı

Dini Komitə İlqar İbrahimoğluyla bağlı açıqlama yaydı
Oxunma sayı: 68

İlqar İbrahimoğlunun İçərişəhər “Cümə” məscidi dini icmasının adından qeyri-qanuni istifadə etməsi ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov açıqlama yayıb.

Komitədən “Qafqazinfo”ya daxil olan məlumatda qeyd edilib ki, iyunun 18-də bəzi kütləvi informasiya vasitələrində İlqar İbrahimoğlu adlı şəxsin Ramazan ayının 3-cü Əhya gecəsi ilə bağlı İçərişəhər “Cümə” məscidi dini icmasının adından istifadə edərək tədbir keçirməsi haqqında məlumat yayılıb. 

Bununla bağlı qeyd etmək istərdim ki, İ.İbrahimoğlunun İçərişəhər “Cümə” məscidi və orada fəaliyyət göstərən dini icma ilə hər hansı hüquqi bağlılığı yoxdur. Bildirirəm ki, hazırda rəsmi dövlət qeydiyyatından keçmiş İçərişəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Surxay Məmmədovdur. İ.İbrahimoğlunun İçərişəhər “Cümə” məscidi dini icmasının adından sui-istifadə edərək tədbir keçirməsi, bunu mətbuatda işıqlandırması yolverilməzdir və qanunvericilyə zidd xarakter daşıyır. İ.İbrahimoğlu bu kimi qeyri-qanuni hərəkətlərini davam etdirərsə, hüquqi məsuliyyət daşıyacaq və Dövlət Komitəsi tərəfindən bununla bağlı hüquqi müstəvidə bütün zəruri addımlar atılacaqdır.

Dindar vətəndaşlarımızı məscidlərdən kənar, qeyri-qanuni şəkildə təşkil edilmiş belə tədbirlərə qatılmamağa çağırırıq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi