Dini Komitə internet saytını təqdim edəcək

dini-komite-internet-saytini-teqdim-edecek
Oxunma sayı: 635

Dini Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, yanvar ayının 30–da Park Inn otelində baş tutacaq təqdimat mərasimində dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, ölkəmizdə akreditə olunmuş səfirlərin, dini icmaların rəhbərlərinin və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə ay öncə dini icmalar, mətbuat və ictimaiyyətin ehtiyac duyduğu məlumatları daha asan və dəqiq əldə etməsi üçün Dövlət Komitəsi yeni rəsmi saytının hazırlanmasına qərar verib. Dini icmalar, ictimaiyyət nümayəndələri və jurnalistlər yeni saytın hazırlanması ilə bağlı fikir və təklifləri əsasında tam yeni bir sayt yaradılıb. Saytda ölkəmizdə ilk dəfə olaraq Azərbaycanın dini xəritəsi hazırlanaraq yerləşdirilib. Bundan başqa yeni web saytda Azərbaycanda olan məscidlər, kilsələr, sineqoqlar, alban abidələri, ziyarətgahlar haqqında geniş məlumatlar təqdim edilib. Dövlət Komitəsi dini icmaların işinin asanlaşdırılması məqsədilə yeni saytda elektron xidmətlər bölməsi, dini icmaların qeydiyyatı üçün sənədlərin elektron variantını yerləşdirib. Dini icmalar, o cümlədən vətəndaşlar sayt vasitəsilə onlayn şəkildə Dövlət Komitəsinə müraciət edə biləcəklər.