Dini Komitə müsabiqə elan edib

dini-komite-musabiqe-elan-edib
Oxunma sayı: 669

Komitə sədri Elşad İskəndərov deyib ki, tədbirlər planında maarifləndirmə işinin aparılması, internet, sosial şəbəkələrdə fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur. O həmçinin komitənin yeni loqosunun hazırlanması ilə bağlı da elan verildiyini də qeyd edib: “Bununla bağlı sosial şəbəkələrdə müsabiqə keçiriləcək. Komitə sədri gənc yaradıcı insanları, rəssamları müsabiqədə iştirak etməyə dəvət edib. Azərbaycanda tolerantlığın, dünyəvi modelin və bütün dinlərə, bizim milli-mənəvi dəyərlərimizə uyun olan loqo modelini hazırlayıb komitənin ünvanına göndərsinlər. Biz ictimaiyyətin təqdim etdiyi loqonu özümüzə simvol seçəcəyik. Bundan əlavə, sosial şəbəkələrdə, internet məkanda həm maarifləndirmə, həm də komitənin gördüyü işlər barədə məlumatlar verəcəyik. Eyni zamanda, əhalinin komitəyə ünvanladığı təkliflər, müraciətlər müzakirə ediləcək”.