Dini Komitədə şəhidlər anıldı

dini-komitede-sehidler-anildi
Oxunma sayı: 646

DQİDK-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı: “Bu bizim müstəqilliyimizə doğru aparan yolda ilk böyük itki və qəhrəmanlıq nümunəsi idi. Bu bir daha sübut edir ki, Azərbaycan öz azadlığını qanı bahasına qazanıb”.