Dini Komitədən məscidin bağlanması ilə bağlı - Açıqlama

dini-komiteden-mescidin-baglanmasi-ile-bagli-aciqlama
Oxunma sayı: 639

“Son günlər isə Sabunçu rayon İcra Hakimiyyəti və rayon hüquq-mühafizə orqanlarından məscidin bağlanacağı ilə bağlı konkret xəbərdarlıq edilib və bu istiqamətdə hazırlıq tədbirləri görülür”-deyə nardaranlı dindarlar qeyd ediblər.

Xatırladaq ki, son zamanlar adıçəkilən məsciddə 3 gün əvvəl narkotik ittihamı ilə həbs olunan ilahiyyatçı hacı Tale Bağırovun çıxışları olub.

Qeyd edək ki, Maştağa qəsəbəsində yerləşən məsciddə fəaliyyət göstərən dini icma 2010-cu ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydə alınıb. Dövlət Komitəsinin bu barədə mövqeyini öyrənməyə çalışacağıq.

***
““Həzrəti Əbülfəz ağa” məscidi bağlanmayıb və bu barədə yayılan məlumatlar əsassızdır”. Bunu Modern.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti bildirib. Qeyd edilib ki, ümumiyyətlə hər hansı bir məscidin bağlanmasından söhbət gedə bilməz.

“Azərbaycanda məscidlər inşa və bərpa edilir, bağlanmır. Belə məlumatı yayılması bəzi radikal qüvvələrin dövləti “dinin düşməni” obrazında təqdim etmək cəhdlərinə xidmət edir. Bu kimi xəbərləri uyduranlar maskalarını atmış oldular və məqsdələrini biruzə verdilər. Onlar “dini dəyərləri müdafiə” pərdəsi altında icmalardakı boşluqlardan istifadə etmək, məscidlərə soxulmaq və onların “bağlanması” kimi təxribatçı nəticələrə nail olmaq istəyirlər. Bu fitnəçilikdən başqa bir şey deyil. Lakin bu kimi əməllərin qarşısı qanun çərçivəsində qətiyyətlə alınıb və bundan sonra da alınacaq”.

2010-cu ildə dövlət qeydiyyatında keçmiş “Həzrəti Əbülfəz ağa” və daha bir neçə başqa məscidin dini icmasınd idarəçilik və şəffaflıqla bağlı vaxtaşırı problemlər olduğunu qeyd edən Dövlət Komitəsinin sözçüsü, DQİDK-nin bu problemlərin həlli istiqamətində yerli hakimiyyət orqanları, həmçinin QMİ ilə birgə və dini etiqad azadlığı haqqında qanunvericiliyin prinsipləri çərçivəsdində, işgüzar qaydada məşğul olduğunu vurğulayıb. O, sonda ictimayyəti və dini icma nümayəndəlirini bu kimi təxribatçı məlumatlara uymamağa və ayıq olmağa dəvət edib.