Dini Komitənin saytı təqdim olundu

dini-komitenin-sayti-teqdim-olundu
Oxunma sayı: 646

“Qafqazinfo”nun məlumatına görə, mərasimdə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dini icmaların rəhbərləri və KİV təmsilçiləri iştirak edib.

Saytda ölkəmizdə ilk dəfə olaraq Azərbaycanın dini xəritəsi yerləşdirilmiş, respublikamızdakı məscidlər, kilsələr, sinaqoqlar, alban abidələri, ziyarətgahlar haqqında geniş məlumatlar təqdim edilmişdir. Dövlət Komitəsi tərəfindən dini icmaların işinin asanlaşdırılması məqsədi ilə yeni saytda elektron xidmətlər bölməsi, qeydiyyat üçün sənədlərin elektron variantı da yer almışdır. Dini icmalar, o cümlədən vətəndaşlar DQİDK-ə sayt vasitəsilə onlayn müraciət edə biləcək.

Tədbirdə çıxış edən DQİDK-in sədri Elşad İskəndərov bildirib ki, Azərbaycan hökumətinin dövlət-din münasibətləri sahəsində siyasətinin, milli mənəvi dəyərlərimizə qayğısının və s. geniş şəkildə cəmiyyətə çatdırılması üçün sayt yenilənmiş, fərqli tərtibatda təqdim olunub.