Dini liderlərin İrəvan bəyannaməsi

dini-liderlerin-irevan-beyannamesi
Oxunma sayı: 643

ANS PRESS-in “Novosti Armeniya” saytına istinadən verdiyi məlumata görə, Patriarx Kirill jurnalistlərə bildirib ki, tərəflər Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyir. Onun sözlərinə görə, tərəflər vurğulayıb ki, bu münaqişə yalnız beynəlxalq hüquq normaları əsasında həllini tapmalıdır.

Patriarx Kirillin sözlərinə görə, bununla əlaqədar onlar ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyəcəklərini bəyan edib: “Biz tərəflərin güc tətbiq etməməsi ilə bağlı danışırıq. Bu, insanlara Qarabağ probleminin sülh yolu həll olunacağına ümidlə baxmağa imkan yaradacaq”.

Rusiya Patriarxı xatırladıb ki, daha əvvəl dini liderleri əsir və şəhid olanların cənazələrinin qaytarılması ilə bağlı təşəbbüslə çıxış etmişdilər: “Əgər qan tökülməsi dayandırılsa, onda mənəvi və psixoloji durumda da dəyişiklik olar. Bu da münaqişənin həlli istiqamətində yeni perspektivlər açacaq”.

Xatırladaq ki, Moskva və bütün Rusiya patriarxı Kirill və Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə İrəvana MDB ölkələrinin Dinlərarası Şurasının ikigünlük Rəyasət Heyətinin iclasında iştirak etmək üçün gəlib.