Dini məktəblərdə cinsi təhsil dərsi keçiriləcək

dini-mekteblerde-cinsi-tehsil-dersi-kecirilecek
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, xəbəri azadxeber.az saytı Nyusru saytına istinadən yayıb.
Artıq dərs cədvəlləri hazırlandığı və gələn dərs ilində dövlətin dini orta məktəblərində bu dərs tətbiq ediləcəyi xəbər verilir. Bildirilir ki, İsrailin Din xadimləri də buna razılıq verib və tədris proqramını təsdiq ediblər.
Bu dərslərdə, orta məktəb şagirdlərinə ailədə cinsi münasibət, qadının hüquqları və bir neçə digər mövzular haqda diskusiyalar aparılacaq.
Bunu isə dini təhsil şöbəsi onunla izah edir ki, İsrail məktəbliləri intim həyatı dərk edib, ona hazır olsunlar ki, böyüyəndə bu barədə problemləri olmasın.