“Dini qurumların siyasi oyunlarda istifadə edilməsi düzgün deyil”

dini-qurumlarin-siyasi-oyunlarda-istifade-edilmesi-duzgun-deyil
Oxunma sayı: 776


 Bunu jurnalistlərə açıqlamasında Azərbaycanda qarşıdan gələn prezident seçkilərində dini qurum və təsisatların rolunu dəyərləndirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib.

Bununla yanaşı Dövlət Komitəsinin sədri qeyd edib ki, dini icmaların üzvləri də Azərbaycan vətəndaşlarıdır. Azərbaycanda son 10 ildə gedən modernləşmə və Azərbaycan xalqının rifahının artırılması dindarlarımıza da təsir edib: "Onlar cəmiyyətin inteqral hissəsidir. Onları ayırmaq, marginallaşdırmaq, bölmək, cəmiyyətlə onlar arasında uçurum yaratmaq ümumiyyətlə qəbulolunmazdır. Əfsuslar ki, bəzi destruktiv qüvvələr tərəfindən belə addımlar atılır. Yəni bu məsələdə vətəndaşlarımızla birlikdə eyni prizmadan çıxış etməlidirlər." /Trend/