“Dinlər arasında qarşıdurma yaratmaq istəyən qruplar var”

dinler-arasinda-qarsidurma-yaratmaq-isteyen-qruplar-var
Oxunma sayı: 642

Trend-in məlumatına görə, bunu "Müstəqilliyimiz və milli-mənəvi dəyərlərimiz" mövzusunda keçirilən dəyirmi masada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. "Ölkəmizdə dini dözümlülük, tolerantlıq Heydər Əliyevin dövlət-din konsepsiyasına uyğun olaraq daha da möhkəmlənib. Təəssüflə qeyd edilməlidir ki, ölkəmizdə fəaliyyət göstərən konfessiyalarda milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmayan dinlər və məzhəblər arasında qarşıdurma yaratmaq istəyən qruplar da mövcuddur", - Orucov bildirib.