Dino Ndlovu neçə illik müqavilə imzalayıb?

dino-ndlovu-nece-illik-muqavile-imzalayib
Oxunma sayı: 2649

“Qarabağ”ın hücumçusu Dino Ndlovu Çinin birinci liqa klubu “Hançjou Qrintaun” komandasına transfer olub.

“Qafqazinfo” xəbər verir ki, 27 yaşlı forvardın Çin yeni komandası ilə müqaviləsinin detalları açıqlanıb. Cənubi Afrika mətbuatının yaydığı məlumata görə, Dino Çin klubu ilə 2 illik müqavilə bağlayıb. “Qarabağ” bu keçiddən 675 min funt-sterlinq təzminat alıb.

CAR millisinin üzvü olan Ndlovu 2016-cı ildə "Anortosis"dən “Qarabağ”a transfer olmuşdu.