Diplom işi plagiat çıxan səhiyyə naziri istefa verib

diplom-isi-plagiat-cixan-sehiyye-naziri-istefa-verib
Oxunma sayı: 1882

Diplom işi İspaniyanın səhiyyə naziri Karmen Montonun işinə son qoyub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, magistr təhsili alan nazirin diplom işinin plagiat olduğu iddia edilib. Bu qalmaqaldan sonra o, nazir postundan istefa verib. Televiziyada çıxış edərkən istefasını elan edən Monton bu barədə İspaniyanın baş naziri Pedro Sançesə artıq məlumat verdiyini deyib. O, postunu tərk etsə də, təhsilində saxtakarlığa yol vermədiyini, bunu sübut edəcəyini deyib.

Karmen Montonun istefasından sonra onun yerinə Mariya Luisa Karsedo gətirilib.

Aysel Kərimova